"Ateltiko" Suaresə "Yuventus"dan çox maaş təklif edir

9 Sentyabr 2020 15:18 İspaniya 711
"Ateltiko" Suaresə "Yuventus"dan çox maaş təklif edir

"Atletiko" "Barselona"nın forvardı Luis Suaresi transfer etməkdə israrlıdır.

Sportinfo.az xəbər verir ki, Madrid klubu uruqvaylı forvardın agenti ilə əlaqə saxlayıb.

Bildirilir ki, “Ateltiko” 33 yaşlı hücumçuya “Yuventus”un ödədiyindən daha artıq maaş təklif edib. Ancaq buna rəğmən, Suaresin Turin klubunu seçəcəyi ehtimal edilir. Çünki futbolçu A Seriyası təmsilçisini daha iddialı komanda görür.

Turin klubu təcrübəli fovarda 2+1 illik müqavilə və ildə 10 milyon avro maaş təklif edib. Suares ötən mövsüm La Liqada 28 oyuna 16 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti