Yenə 5 əvəzetmə olacaq

9 Sentyabr 2020 00:28 İspaniya 435
Yenə 5 əvəzetmə olacaq

İspaniya Futbol Federasiyası 2020/21 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, federasiya koronavirus pandemiyası səbəbindən 2019/20 mövsümü üçün nəzərdə tutulan qaydaları yeni futbol ilində də qüvvədə saxlayıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Belə ki, hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək. Klubların iştirak ərizəsində isə maksimum 23 futbolçunun adı yer alacaq.

Digər Xəbərlər
Xəbər Lenti