"Barselona" keçmiş futbolçusuna təklif göndərdi

7 Sentyabr 2020 19:16 İspaniya 1 061
"Barselona" keçmiş futbolçusuna təklif göndərdi

Tyaqo Alkantara "Bavariya"dan ayrılmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisinin ispaniyalı yarımmüdafiıçisi komanda yoldaşları ilə vidalaşıb.

Ötən mövsüm komanda ilə 3 titul qazanan 29 yaşlı futbolçu klubun yeni müqavilə təklifini qəbul etməyib.

Tyaqonun adı "Liverpul" və "Mançester Yunayted" ilə hallanır. Son olaraq, "Barselona"nın da keçmiş futbolçusuna təklif göndərdiyi bildirilir.

Alkantaranın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı