"Zirə"nin ukraynalı forvardının cəzası azaldıldı

26 Noyabr 2023 02:40 Zirə 846
"Zirə"nin ukraynalı forvardının cəzası azaldıldı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Zirə" tərəfindən verilmiş şikayət qismət təmin edilib.

Belə ki, Premyer Liqanın 12-ci turunda "Sabah"la matçda qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalandırılmış Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb.

Ukraynalı hücumçunun cəzası bir oyuna endirilib, amma üç matç şərti kimi nəzərə alınıb. Kulaça üç aylıq sınaq müddəti təyin edilib.

Bundan əlavə, "Neftçi" - "Sumqayıt" oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan sonra qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixdə təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanması və "Sumqayıt"ın 1000 manat cərimə edilməsi (maddə 36.6, 32) barədə İntizam Komitəsinin 16 noyabr 2023-cü il tarixli qərarı qüvvədə saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?