16 il əvvəl yaradılmış klub ilk dəfə çempionata qatıldı

7 Oktyabr 2023 11:20 Region Liqası 1 204
16 il əvvəl yaradılmış klub ilk dəfə çempionata qatıldı

Azərbaycanda 2007-ci ildə yaradılmış klub ilkə imza atıb.

«Ağstafa gəncləri» ölkə sferasında debüt etməyə hazırlaşır.

Qərb bölgəsinin təmsilçisi yeni sezondan Region Liqasında qüvvəsini sınayacaq.

Tezliklə 2023/24-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

Federasiya növbəti yarışın minimum 30 komandanın iştirakıyla təşkilini planlaşdırır.

Onlardan «Qarxun», «Lənkəran», «Balakən», «Xanlıq», «Ramana», “Şimal”, "Masallı", “Bərdə”, "Qala", “Balakən” və «Hacıqabul»un ilk dəfə bu çempionatda qüvvəsini sınayacağı dəqiqləşib.

Həmçinin liqanın ilk 2 mövsümünün çempionu olan «Uğur»un fəaliyyətini bərpa etməsini qeyd etməliyik. Sumqayıt təmsilçisi 3 illik aradan sonra futbol səhnəsinə dönüb.

Turnirin ötənilki iştirakçılarından «İsmayıllı», «Gənclik», «Göyçay», «Şirvanovka», "Çinar" (Zəngilan), “Mil”, “Göyəzən”, “Neftçala”, «Qobustan», «Lokomotiv» və «Dirçəliş» da yeni sezonda yarış meydanında yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu