Azərbaycan klubu barəsində ŞOK İDDİA yayılan hücumçusunu TRANSFERƏ ÇIXARDI

2 Noyabr 2023 11:00 Kəpəz 2 464
Azərbaycan klubu barəsində ŞOK İDDİA yayılan hücumçusunu TRANSFERƏ ÇIXARDI

«Kəpəz» Abdulla Şuaybunu transferə çıxarıb.

Nigeriyalı hücumçu artıq Azərbaycanı tərk edib.

Ötən ilin yayında «Şerif»dən gələn afrikalı legioner bir daha geri qayıtmayacaq.

Cari mövsüm Premyer Liqada 1 qola imza atmış forvardın karyerasını Avropada davam etdirməsi gözlənilir.

Onun Gəncə təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatacaqdı. Şuaybunun «Kəpəz»dən ayrılması qəfil hadisə kimi görünə bilər.

Amma bu, qətiyyən belə deyil. Səbəb 21 yaşlı hücumçunun ətrafında dolaşan söz-söhbətlərdir.

Belə ki, əcnəbinin qanında Hepatit B virusu aşkarlanıb. Bu barədə onun sabiq meneceri Dmitri Selyuk məlumat verib.

O bildirib ki, nigeriyalı sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət ünvanlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti