Görəsən, Azərbaycanda indi MİLYONÇU varmı?

4 Yanvar 07:40 Hadisə 981
Görəsən, Azərbaycanda indi MİLYONÇU varmı?

Türkiyədə ən böyük sərvətə sahib olan 100 şəxsin adı açıqlanıb.

“Economist” jurnalının araşdırmasına görə, siyahıda ilk 9 yer son reytinq cədvəli ilə eyni olub.

Birinci yeri 6 milyard dollardan çox sərvətlə Koç ailəsi və “Koç Holding” tutub. Siyahının növbəti pillələrini tutanlar bundan az məbləğə sahib olan ailə və şəxslərdir.

Məlum olduğu kimi, hər il müxtəlif məşhur nəşrlər dünya və ayrı-ayrı ölkələrin zəngin insanları haqqında reytinq hazırlayırlar.

Azərbaycanda isə bunun statistikası aparılmır. Dövlət Statistika Komitəsinin (DSK) rəsmi saytında bununla bağlı heç bir statistik göstəriciyə rast gəlinmir.

Maraqlıdır, Azərbaycanda kimlər varlı hesab edilir və bunun statistikasını aparmaq mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışarkən belə bir statistikanın aparılmasının vergilərlə tənzimləndiyini deyib:

“Azərbaycanda rəsmi milyonçu yoxdur. Yəni ölkədə bu cür siyahılar tərtib olunmur. Çünki bu, vergilərlə ölçülür. Türkiyədə o ailələrin aktivləri hesablanarkən leqal mənbələrə əsaslanaraq onların daşınan, daşınmaz əmlakları, səhmləri, şirkətləri və ödədikləri vergilər hesablanır. Azərbaycanda belə bir sistem yoxdur, bizdə rəsmi milyonçular olmadığına görə, elə bir siyahı və reytinqlər hazırlamaq mümkün deyil”.

Digər Xəbərlər
Xəbər Lenti