“Bu klubun Avropada böyük nüfuzu var, necə düzgün idarə olunduğunu görürəm”

11 Noyabr 2023 08:50 Almaniya 1 480
“Bu klubun Avropada böyük nüfuzu var, necə düzgün idarə olunduğunu görürəm”

“Bu klubun Avropada böyük nüfuzu var”.

Sportinfo.az xəbər verir ki, bunu “Bayer 04”ün futbolçusu Qranit Caka komandası barədə danışarkən deyib.

İsveçrəli yarımmüdafiəçi yay fasiləsində “Arsenal”dan Bundesliqa təmsilçisinə transfer olunmaqla doğru qərar qəbul etdiyini bildirib:

“Baş məşqçi Xabi Alonso ilə danışıqlar zamanı hiss etdim ki, uzunmüddətli layihə üçün bura gəlməyə dəyər.

Həm avrokuboklarda, həm də Bundesliqada iddialıyıq. Klubun necə düzgün idarə olunduğunu görürəm”.

“Bayer 04” son oyununu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş onların qələbəsi ilə başa çatıb - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti