Tanınmış azərbaycanlı 15 milyonun sahibi ola bilər - FOTO

11 Noyabr 2023 08:30 Şahmat 1 008
Tanınmış azərbaycanlı 15 milyonun sahibi ola bilər - FOTO

Bu il dekabrın 14-19-da Moskvada “Şahmat ulduzları 3.0” sürətli şahmat üzrə III Beynəlxalq turnir keçiriləcək.

Sportinfo.az xəbər verir ki, turnirin ümumi mükafat fondu 15 milyon rubl (təxminən 300 min AZN) olacaq.

Turnirin təşkilatçıları - “Yeni şahmat” və “Agalarov Development” şirkətləri intellektual idmanı dəstəkləməyi və gənc nəsillə işləməyi ən vacib vəzifə hesab edirlər.

“Mən şadam ki, biz şahmat kimi intellektual idman növünü populyarlaşdırırıq. Təkcə tanınmış qrosmeysterləri deyil, əsasən də yeni şahmat ulduzları olacaq gənc enerjili idmançıları dəstəkləyən “Agalarov Development” şirkəti üçün bu hadisə dərin məna daşıyır”, - deyə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib.

Turnirin iştirakçıları müxtəlif ölkələrdən görkəmli qrosmeysterlər, o cümlədən azərbaycanlı Teymur Rəcəbovdur. İştirakçılar arasında, həmçinin Sergey Karyakin, Aleksander Grişşuk, Fransisko Valyexo, Vladislav Artemyev, Yevgeny Tomaşevski, Ernesto İnarkiyev, Raunak Sadhvani, Aleksandra Goryaçkina və Yekaterina Lagno da var.

“Şahmat ulduzları” layihəsi çərçivəsində gənc nəsil şahmatçılarla işə və gələcək şahmat ulduzlarına dəstəyə xüsusi diqqət yetirilir. Rus Şahmat Məktəbi ilə birlikdə ТРК VEGAS şəbəkəsində 15 yaşdan kiçik uşaqlar üçün bir sıra seçmə turnirlər təşkil edilib.

Cəmi bir neçə il ərzində “Şahmat ulduzları” turniri ən möhtəşəm və uğurlu beynəlxalq şahmat yarışlarından birinə çevrilib. Turnir üçüncü dəfə parlaq dünya şahmatçılarını bir meydançada toplayaraq təcrübəsiz idmançılara özlərini tanıtmaq imkanı verir. Turnirin baş hakimi Artyom Axmetovdur.

Turnirin təntənəli açılışı dekabrın 13-də rəsmi püşkatmanın keçiriləcəyi Lesnoy restoranında reallaşacaq. İdmançıların yarışlarına dekabrın 14-də start veriləcək.

Hər oyun günündə ilk hərəkəti etmək üçün ənənəvi olaraq turnirə şou-biznes ulduzları, aktyorlar, fikir liderləri qoşulacaqlar.

Turnirin gedişatını həm yarışının əsas meydançası olan “Lujniki” BİA-da izləmək, həm də şahmat oyunlarını “Odnoklassniki” sosial şəbəkəsinin canlı efirində onlayn izləmək mümkün olacaq.

Turnirin qalibləri iki fənnin - Blits və rapidin nəticələrinə görə qiymətləndirmə üzrə müəyyən edilir. Uşaqlar dörd yaş kateqoriyasında təltif edilir, oğlanlar və qızlar ayrıca qiymətləndirilirlər. Uşaq turnirlərindən əlavə, qrosmeysterlərdən açıq ustad dərsləri də təşkil olunacaq.

“Yeni şahmat” şirkətinin baş direktoru Seymur Hüseynov hesab edir ki, “Şahmat ulduzları” turnirinin ən mühüm nailiyyəti gənclər arasında bu idman növünə marağın əhəmiyyətli dərəcədə artması olub.

“Yeni, üçüncü turnir çox sayda gənc şahmatçını cəlb edəcək, onlar aparıcı qrosmeysterlərə rəqib olmaq və onların təcrübəsini mənimsəmək üçün unikal fürsət əldə edəcəklər.

Eyni zamanda, hər kəs oyunları izləyə və öz qələbələrindən təsirlənə bilər. “Şahmat ulduzları 3.0” turniri beynəlxalq idmanın inkişafına növbəti dəyərli töhfə olacaq və biz hər kəsi onun iştirakçısı olmağa dəvət edirik”, - deyə Seymur Hüseynov qeyd edir.

Turnirin təntənəli bağlanış mərasimi dekabrın 19-da “Chin-Chin” restoranında keçiriləcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!