"Narahatıq, bunu dəyişdirmək üçün bir həll yolu tapmağa çalışırıq"

18 İyul 2020 17:24 İspaniya 482
"Narahatıq, bunu dəyişdirmək üçün bir həll yolu tapmağa çalışırıq"

"Barselona"nın baş məşqçisi Kike Setyen klubun prezidenti Xosep Bertomeu ilə görüş barədə danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandanın Çempionlar Liqasında qələbə üçün mübarizə aparmalı olduğunu söyləyib:

“Mövcud vəziyyətdən narahatıq. Bunu dəyişdirmək üçün bir həll yolu tapmağa çalışırıq. Bertomeu ilə görüşümüz buna həsr olunmuşdu. Birləşməyə çalışmalıyıq. Bəli, çempionluğu qazana bilmədik, amma qarşıda Çempionlar Liqası kimi cəlbedici bir hədəfimiz var”.

Avqustun 8-də "Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Napoli" ilə qarşılaşacaq. İlk görüş 1: 1 hesabı başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti