Yığmanın sabiq baş məşqçisi "Barselona"da?

18 İyul 2020 15:18 İspaniya 726
Yığmanın sabiq baş məşqçisi "Barselona"da?

Fransa millisinin və PSJ -nin sabiq baş məşqçisi Loran Blan İspaniya "Barselona"sına rəhbərlik edə bilər.

Sportinfo.az xəbər verir ki, 55 yaşlı fransalı mütəxəssisin meneceri Jorje Mendeş onu Kataloniya təmsilçisinə təklif edib.

"Barselona" hazırkı baş məşqçi Kike Setyenlə bağlı qərarı yaxın günlərdə verəcək.

Loran Blan son olaraq 2013 - 2016-cı illərdə PSJ-də işləyib. O, Paris təmsilçisi ilə 3 dəfə ölkə çempionatının qalibi olub. Blan 2010 - 2012-ci illərdə Fransa yığmasına rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti