Kasilyas "Real"a qayıdır

18 İyul 2020 09:56 İspaniya 606
Kasilyas "Real"a qayıdır

İspaniya millisinin və "Real"ın sabiq qapıçısı İker Kasilyas "kral klubu"na qayıdır.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı kiper paytaxt təmsilçisinin rəhbərliyində yer alacaq.

Portuqaliya "Portu"su ilə müqaviləsi başa çatan təcrübəli qolkiper Madrid klubunun prezidenti Florentino Peresin müşaviri vəzifəsində çalışacaq.

Onun yaxın vaxtlarda peşəkar karyerasını başa vuracağı gözlənilir.

1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş İker Kasilyas daha əvvəl İspaniya Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürsə də, sonradan fikrini dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı