Gec və ya tez - o, “Barsa”da baş məşqçi olacaq

13 İyul 2020 17:24 İspaniya 470
Gec və ya tez - o, “Barsa”da baş məşqçi olacaq

“Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Xavi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Xavinin “Barsa”nın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı məlumatlar yayılır.

Bartomeu onun gec-tez bu postu tutacağını bildirib: “Gec və ya tez, Xavi “Barselona”nın baş məşqçisi olacaq. Ancaq biz hazırda baş məşqçi axtarmırıq. Setenlə yola davam edirik.

Biz qeyri-tipik mövsüm keçirirk. Avqustda da oynayacağıq və baş məşqçi də o olacaq. Əgər “Napoli”yə qalib gəlsək, Lissabona gedəcəyik”.

Bir müddət əvvəl Xavi “Barselona”da çalışmaq istədiyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!