“Barselona” qalan bütün oyunlarda qələbə qazanmalıdır” – Suares

11 İyul 2020 15:32 İspaniya 590
“Barselona” qalan bütün oyunlarda qələbə qazanmalıdır” – Suares

İspaniya La Liqasının 35-ci turu çərçivəsində “Espanyol”u 1:0 hesabı ilə məğlub edən “Barselona”nın futbolçusu Luis Suares açıqlama verib.

Sportinfo.az xəbər verir ki, oyunda katalonlara qələbə qazandıran qolun müəllifi olan hücumçu qarşılaşma ilə bağlı bunları deyib:

“Oyunun nə qədər çətin keçəcəyini bilirdik. Komandada yorğunluq vardı. Vacib olan qələbə qazanmağımız və xallarımızın sayını artırmağımızdır.

“Barselona” qalan bütün oyunlarda qələbə qazanmalıdır. Öz oyunumuzu düşünməli və “Real”ın xal itirəcəyinə ümid etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti