“Messi deyəcək ki, bizə yeni prezidient və baş məşqçi lazımdır"

10 İyul 2020 13:40 İspaniya 982
“Messi deyəcək ki, bizə yeni prezidient və baş məşqçi lazımdır"

İspaniya mətbuatında “Barselona”dakı durum barədə yazılar dərc olunur.

Sportinfo.az xəbər verir ki, kluba yaxın mənbə komandanın düşərgəsindəki hazırkı durum barədə danışıb.

O, Lionel Messinin klubda əsas söz sahibi olduğunu vurğulayıb: “Əgər Leo istəsə, lap günü sabah asanlıqla belə deyə bilər: “Bizə yeni prezidient və baş məşqçi lazımdır. Onun əlində qırmızı düymə var. Ancaq o, heç vaxt bu düyməyə basmayacaq”.

Mətbuat bir müddətdir ki, “Barselona”nın düşərgəsindəki gərginlikdən yazır. Bildirilir ki, futbolçularla baş məşqçinin münasibəti gərgindir. Oyunçular Kike Setenin oyun fəlsəfəsini qəbul etmirlər.

Digər Xəbərlər
Xəbər Lenti