"Zirə" tarixində ilk dəfə belə uğura imza atdı

16 Avqust 2023 03:20 Zirə 1 270
"Zirə" tarixində ilk dəfə belə uğura imza atdı

Premyer Liqanın 2023/24 mövsümünə iki quru hesablı qələbə ilə başlayan "Zirə" tarixində ilk dəfə belə uğura imza atıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri ilk turda “Qarabağ”, ardınca “Kəpəz”i eyni – 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qəsəbə klubu ölkə çempionatları tarixinə startda iki quru hesablı qələbə qazanan 18-ci komanda kimi düşüb. Bu, texniki nəticələr nəzərə alınmamaqla ümumilikdə 29-cu belə startdır.

"Neftçi" hamıdan çox – 5 mövsümdə ilk iki oyunda qol buraxmadan qalib gəlib.

“Qarabağ” 4, “Bakı” 3, Sumqayıt “Xəzər”i və “Xəzər Lənkəran” hərəyə 2, digər komandalar isə bir mövsümdə belə uğurlu starta imza atıb.

Cari mövsümdə daha bir komanda eyni göstəricini təkrarlaya bilər. İlk turda quru hesabla qələbə qazanan “Sabah”ın görüşü təxirə salındığı üçün bakılılar ikinci oyununa III turda çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!