“Bu müddətdə Ermənistana hər hansı çağırışın şahidi olmamışıq”

5 Noyabr 2023 02:30 Gündəm 722
“Bu müddətdə Ermənistana hər hansı çağırışın şahidi olmamışıq”

“İlkin hesablamalara görə, son 3 il ərzində Qarabağdakı qanunsuz rejim Ermənistanın dəstəyi ilə 480 kilometr ərazini minalayıb”.

Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hətta minaların dərinliyi 2 kilometr təşkil edir:

“Bu da o deməkdir ki, 960 kvadrat kilometr ərazi minalanmış hesab olunur. Bütün bu faktlara baxmayaraq beynəlxalq ictimaiyyət tərəfindən bu müddət ərzində Ermənistana hər hansı çağırışın şahidi olmamışıq”.

Digər Xəbərlər
Xəbər Lenti