“Real”da istədiyi üçün yox, müqavilə şərtlərinə görə qalıb

28 İyun 2020 18:40 İspaniya 501
“Real”da istədiyi üçün yox, müqavilə şərtlərinə görə qalıb

“Real”ın hücumçusu Xames Rodriges komandadakı durumu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı hazırda istədiyi üçün “Kral klubu”nda olmadığını bildirib.

O, yalnız müqavilə şərtlərinə görə Madriddə qaldığını vurğulayıb: “Adını çəkmək istəmirəm, amma mənim əla bir kluba keçmək şansım vardı. Bilirdim ki, “Real”da meydana çox çıxa bilməyəcəyəm. Ancaq onlar müxtəlif səbəblərdən məni buraxmadılar.

“Real”da istədiyim üçün yox, müqavilə şərtlərinə görə qalmışam. Ümid edirəm ki, gələcəkdə mütəmadi olaraq meydana çıxacam.

Bunun üçün kifayət qədər talantımın olduğunu düşünürəm. Hesab edirəm ki, daha çox çalışıb şans əldə edə biləcəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti