"Ciddi islahatlara ehtiyac var, çünki mövcud çağırışlara cavab vermir"

24 Oktyabr 2023 08:00 Problem 728
"Ciddi islahatlara ehtiyac var, çünki mövcud çağırışlara cavab vermir"

"BMT-də ciddi islahatlara ehtiyac var, çünki mövcud çağırışlara cavab vermir".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, artıq neokolonializm siyasətindən əl çəkilməlidir: "Xalqlar azad, sülh şəraitində yaşamalıdır. İnanıram ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti prosesə töhfə verəcək".

S.Əliyeva Ermənistanın təcavüzünə və mina probleminə də diqqət çəkib: "Azərbaycan da Ermənistanın təcavüzündən əziyyət çəkib. Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 330 nəfər olub. Bu günədək Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000 azərbaycanlının taleyi barədə məlumat verməyib".

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Digər Xəbərlər
Xəbər Lenti