"Yalan danışırsız" - ŞOK AÇIQLAMA!

24 Oktyabr 2023 03:40 Problem 820
"Yalan danışırsız" - ŞOK AÇIQLAMA!

“Mən Ermənistanın media sahəsində yeni, təhlükəli tendensiya müşahidə edirəm və bu barədə danışmaq istəyirəm.

Müxalifət kanalları Qarabağ ermənilərinin köçürmədən əvvəl və ya köçürülmə zamanı azərbaycanlılar tərəfindən çoxsaylı işgəncələrə məruz qaldıqlarını bildirən materiallar yayırlar”.

Bunu erməni bloger Natali Aleksanyan bildirib.

“Mənim çıxışımın bu insanlara aidiyyəti yoxdur, onlara deməyə sözüm yoxdur, çünki bilirəm ki, Qarabağ ermənilərinin hələ də həll olunmamış problemləri çoxdur. Amma mənim çıxışım bu həll olunmamış problemlərin həlli müqabilində insanları işgəncələrlə bağlı yalan ifadələr verməyə məcbur edən erməni mediasının özlərinə aiddir. Bu, yanlışdır. Mən çoxlu Qarabağ erməniləri ilə danışmışam və heç biri azərbaycanlıların onlara qarşı pis münasibətinə belə, eyham vurmayıb. Mən azərbaycanlıların gedən ermənilərə çörək-su payladığı, onlarla mehriban ünsiyyət qurduğu Azərbaycan mediasının kadrlarını nəzərdə tutmuram. Xeyr, şəxsi təcrübəmə istinad edirəm, çünki əminəm ki, mənimlə danışan Qarabağ ermənilərinə həqiqətən də işgəncə verilsəydi, o zaman söhbətimizin ilk mövzusu bu işgəncə haqqında olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!