Hamı gəldi, 1 qol izlədi

13 Avqust 2023 16:05 I Divizion 1 065
Hamı gəldi, 1 qol izlədi

Gələn mövsüm I Liqada mübarizə aparacaq "İrəvan " Bakıda "İmişli" ilə yoxlama görüşü keçirib.

“ASK Arena”da təşkil olunan oyundan əvvəl hər iki komandanın yaranma tarixi haqqında ictimaiyyətə məlumat verilib.

Yoldaşlıq matçında iştirak edən "Qərbi Azərbaycan İcması"nın sədri, millət vəkili Əziz Ələkbərli, "İrəvan "ın İdarə Heyətinin sədri Zülfüqar Kazımov ,klubun prezidenti Zahid Niyazəliyev çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idmanın inkişaf etməyə başlamasını xüsusilə vurğulayı.

Natiqlər Azərbaycanda müvəffəqiyyətlə keçirilmiş müxtəlif beynəlxalq idman tədbirlərini və idmançılarımızın qələbələrini bir daha xatırladıblar, Birinci vitse-prezident Mehriban Əliyevanın dünya səviyyəli idman tədbirlərinin ölkəmizdə təşkil olunmasında göstərdikləri böyük təşəbbüslər, idman yarışları keçirilərkən tədbirlərdə şəxsən iştirak etmələri, idmançılarla görüşmələri, onları ruhlandırmaları, qalib və uğur qazanmış idmançıları qəbul etmələri, onları dövlət səviyyəsində mükafatlandırmaları idmana göstərilən dövlət diqqətinin təzahürü olduğunu vurğulayıblar.

Yoldaşlıq oyunu "İrəvan"ın 1:0 hesablı qələbəsilə başa çatıb.

2023/2024-cü illər mövsümündə I Liqa 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, burada 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti