Azərbaycan çempionu A qrupunda qərarlaşdı – Avropa Kubokunda

13 Avqust 2023 03:00 Basketbol 807
Azərbaycan çempionu A qrupunda qərarlaşdı – Avropa Kubokunda

“Sabah” basketbol klubunun FİBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Almaniyada baş tutan püşkə əsasən, Azərbaycan çempionu A qrupunda qərarlaşıb.

Avropa Kubokunun debütantı “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedə keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti