Vitse-prezident israr etdi, Rövnəq Avdullayev geri çəkildi, sədr dəyişdi

14 Dekabr 2023 15:00 Hadisə 4 929
Vitse-prezident israr etdi, Rövnəq Avdullayev geri çəkildi, sədr dəyişdi

Azərbaycan millisinin baş məşqçisini seçmək məqsədi ilə yaradılan İşçi Qrupunun sədri dəyişib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov bu postda Sərxan Hacıyevı əvəzləyib.

Yeni qərar federasiya prezidenti Rövnəq Abdullayevə məxsusdur.

O, 2004-cü ildən qurumda yüksək vəzifə tutan Nəsirovun həmişə yığma komandalarla bağlı məsələlərə nəzarət etməsini əsas götürərək, belə bir dəyişikliyə gedib.

Yəni, artıq İşçi Qrupunda əsas söz sahibi Nəsirov olacaq. Bunda adlçəkilən funksioner də təşəbbüs göstərib.

Vitse-prezident millilərin həmişə onun kurasiyasında olmasını Abdullayevə xatırladaraq, özünün sədr vəzifəsini tutmalı olduğunu bildirib. Necə deyərlər, AFFA prezidenti onun israrı qarşısında geri çəkilib.

Hazırda qrupda 5 nəfər təmsil olunur. Bunlar Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov, Zaur Axundov, həmçinin baş katib Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovdur.

Ötən ay jurnalistlərə açıqlama verən AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, İşçi Qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək.

Onun sözlərinə görə, İşçi Qrupda AFFA İcraiyyə Komitəsindən və böyük ehtimalla kənardan şəxslər təmsil olunacaq:

“Onlar tərəfindən baş məşqçi vəzifəsi ilə bağlı təkliflər veriləcək. Hər bir amil detallı şəkildə nəzərə alınaraq və analiz olunaraq İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək".

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!