Bu şəhərdə futbol olmasa, Azərbaycanda da futbol olmayacaq - VİDEO

29 Avqust 2023 23:40 Problem 964
Bu şəhərdə futbol olmasa, Azərbaycanda da futbol olmayacaq - VİDEO

“Kəpəz”in sabiq baş məşqçisi Tərlan Əhmədov Gəncə futbolu ilə bağlı iddialı açıqlama verib.

O, bu haqda “CBC Sport” kanalında danışıb. Iyunda qərb təmsilçisindən ayrılan mütəxəssis bildirib ki, bu şəhərdə futbol inkişaf etdirilməsə, Azərbaycan bu sahədə uğurlar əldə etməyəcək.

Əhmədov deyib ki, Zaqatala və Şirvanda da yüksək səviyyəli komandalar yaradılmalıdır.

Özünün Şirvan futbol məktəbinin yetirməsi olmasını xatırladıb, eyni zamanda, Musa Qurbanovun, qardaşı Qurban Qurbanovun və onun oğlu Musa Qurbanlının adını çəkib.

Müsahib vurğulayıb ki, bu bölgələr “futbol beşiyi”dir və onlar olmadan nəyəsə ümid bəsləməyə dəyməz.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti