"Barselona" iki ulduzunu təklif etdi, "İnter" razılaşmadı

6 Aprel 18:06 İspaniya 200
"Barselona" iki ulduzunu təklif etdi, "İnter" razılaşmadı

“İnter” Lautaro Martines üçün “Barselona” ilə danışıqları davam etdirir.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu ilkin mərhələdə qarşı tərəflə razılaşa bilməyib.

Belə ki, Kataloniya təmsilçisi futbolçu üçün tələb edilən 111 milyon avronu ödəmək istəmir. Bunun üçün də Nelson Semedo və Xunior Firpo ilə yanaşı, bəlli bir miqdar təklif edib. Ancaq “İnter” bununla razılaşmayıb.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Martinesin klubla müqaviləsi 2023-cü ilə qədərdir. O, bu mövsüm komandası ilə keçirdiyi 31 oyunda 16 qol vurub.

Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi