Bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin qalibləri mükafatlandırıldı

28 Oktyabr 2023 10:00 Digər növlər 777
Bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin qalibləri mükafatlandırıldı

Quba Olimpiya Kompleksində üç yaş kateqoriyasında çıxış edən idmançılar arasında bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, iki gün davam edən yarışda 122 fərdi gimnast və 9 qrup komandası ölkənin ən güclüsü adı uğrunda mübarizə aparıblar.

Fərdi, çoxnövçülük üzrə keçirilən yarışda 2013-cü il təvəllüdlü idmançılar arasında mükafatçılar:

1. BGM-nin yetirməsi Novruzova Amina

2. "Ocaq" klubunun yetirməsi Şərifova Güllüzar

3. "Ocaq" klubunun yetirməsi Atakişiyeva Sara

2014 cü il təvəllüdlü idmançılar arasında mükafatçılar:

1. SİS-in yetirməsi Əliyeva Elissa

2. "Ocaq" klubunun yetirməsi Aniskina Mişel

3. "Ocaq" klubunun yetirməsi Hacıyeva Mərcan

2015-ci il təvəllüdlü idmançılar arasında mükafatçılar:

1. "Ocaq" klubunun yetirməsi Pünhanlı Nilay

2. SİS-in yetirməsi Özel Mira

3. SİS-in yetirməsi Kərimli Leyla

Yeniyetmələr, 2011-ci il təvəllüdlü idmançılar arasında mükafatçılar:

1. BGM-nin yetirməsi Yefremova Yelizaveta

2. "Ocaq" klubunun yetirməsi Hüseynova Mehin

3. "Ocaq" klubunun yetirməsi Atakişiyeva Azadə

Gənclər, 2008-2010-cu il təvəllüdlü idmançılar arasında mükafatçılar:

1. "Zirə"nin yetirməsi Qurbanlı Fidan

2. BGM-nin yetirməsi Abdullazadə Dəniz

3. RKİM-nin yetirməsi Müvəffəqi Şəms

Qrup şəklində balacalar arasında çoxnövçülük üzrə mükafatçılar:

1. SİS
2. "Ocaq-1"
3. "Ocaq-2"

Alətsiz qrup hərəkətləri üzrə mükafatçılar:

1. SİS
2. "Ocaq-1"
3. "Ocaq-2"

5 iplə qrup hərəkətləri üzrə mükafatçılar:

1. "Ocaq" klubunun Zaqatala bölməsi
2. "Ocaq-1"
3. "Ocaq-2"

Qeyd edək ki, Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyi oktyabrın 26-27-də keçirilib.

Birinciliyə “Ocaq Sport” Klubu ilə yanaşı, Şamaxı və Zaqatala bölmələri, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, “Zabrat” İdman Klubu, Zirə Mədəniyyət Mərkəzi, Abşeron OİK, Gəncə OİK, Göyçay OİK, Lənkəran OİK, Masallı OİK, Qusar OİK, Şirvan OİK, Şəmkir Gənclər Evi və Naxçıvanı təmsil edən gimnastlar qatılıblar.

Digər Xəbərlər
Xəbər Lenti