"Qarabağ"ı yaxşı tanıyıram, bu cütdə favorit "Braqa"dır”

5 Yanvar 01:50 Avropa Liqası 2 195
"Qarabağ"ı yaxşı tanıyıram, bu cütdə favorit "Braqa"dır”

Azərbaycanda legioner həyatı yaşamış "Braqa"nin sabiq futbolçusu Yazalde Qomes Pinto sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin keçmiş hücumçusu Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaq “Qarabağ” və “Braqa”nın şanslarını dəyərləndirib.

Portuqaliyanın U-21 və U-23 yığmasının sabiq futbolçusu Azərbaycan çempionunun sürpriz edə biləcəyini deyib:

"Qarabağ"ı yaxşı tanıyıram. Avrokuboklarda qrup mərhələsində 10 ildir ki, oynayırlar.

Bu cütdə favorit "Braqa"dır. Amma "Qarabağ"ın çox yaxşı komanda olduğunu unutmaq olmaz.

Onlar Azərbaycanın ən yaxşısıdır. Özü də, uzun illərdir ki, "Qarabağ" çempion olur.

Hər halda, "Braqa"nın "Qarabağ"la görüşlərdə uğurlu nəticə göstərmək üçün bir çox səbəbi var.

Asan görüş olmayacağı dəqiqdir. "Qarabağ", yoxsa "Braqa"nın mərhələ adlayacağına proqnoz vermək çətindir. Necə olacağını artıq gələn ay görəcəyik".

Yazalde 2014-cü ildə "Qəbələ"nin formasını geyinib. O, Azərbaycanda çıxış edən portuqaliyalılar arasında "Braqa"nın əsas komandasında oynamış yeganə futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti