Baş məşqçi hakimi vurdu və qovuldu

16 Fevral 2020 15:45 İspaniya 985
Baş məşqçi hakimi vurdu və qovuldu

Vaxtilə Madrid "Real"ın ən məşhur oyunçularından olan Quti məşqçiliyə başlayandan sonra da özünün qeyri-adekvat hərəkətlərindən əl çəkmir.

"Real"ın ən kobud, emosional futbolşularından biri olmuş Quti hazırda İspaniya sequndasında çıxış edən "Almeriya"nın baş məqşçisidir.

Sportinfo.az İspaniya mediasına istinadən xəbər verir ki, Qutinin komandası ötən gün liderlik uğrunda mübarizədə əsas rəqiblərindən olan "Ueska" klubu ilə qarşılaşıb.

Oyunun son saniyələrində referi Xavyer Vilyanuevanın meydan sahiblərinin qapısına penalti təyin etməməsinə görə əsəbiləşən "Almeriya"nın baş məşqçisi hakimi vurub. Bu hərəkətinə görə Quti qırmızı vərəqə alaraq qovulub.

Matç isə Qutinin komandasının 2:3 hesablı məğlubiyyəti ilə bitib. 28 turdan sonra İspaniya sequndasında "Almeriya" və "Ueska" 3-4-cü yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı