“Bəlkə də xaricə gedəcəm”

16 Fevral 2020 11:20 İspaniya 466
“Bəlkə də xaricə gedəcəm”

“Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis gələcək karyerası ilə bağlı qərar vermədiyini bildirib:

“Bəzən insanlar məndən İngiltərə Premyer Liqasının necə olduğunu soruşurlar. Onlara “yaxşı, amma Avstraliyaya getməyi üstün tutaram” deyirəm.

Futbolda karyera əbədi davam edə bilməz və bəzən fürsətdən istifadə edib qeyri-adi yerlərə getməyi düşünürsən. Andres İnyestanın Yaponiyaya getdiyini öyrənəndə bu fikri alqışladım. “Fərqli mədəniyyət, fərqli insanlarla tanış olacaq” deyə, düşündüm.

İşdən kənarlaşdığım uzun müddət deyil, ona görə də, karyeramla bağlı təcili qərar verməyə ehtiyac yoxdur.

Hazırda dəqiq bir fikrim yoxdur. Bəlkə də xaricə gedəcəm. Düzü, qeyri-adi bir şey etmək istəyərdim”.

Digər Xəbərlər
Xəbər Lenti