"Şuşada bütün işlər Baş plan əsasında aparılır” - Prezident İlham Əliyev

22 İyul 2023 07:00 Araşdırma 856
"Şuşada bütün işlər Baş plan əsasında aparılır” - Prezident İlham Əliyev

“Bu şəhər (Şuşa – red.) qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə çatdıran dövlət başçısı üç məscidin yenidən qurulduğunu da qeyd edib.

“Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu, yeni yollar yaradılıb. Bu ilin sentyabr ayında biz 1000 şagird yerlik məktəbin açılışını edəcəyik. 90 çarpayılıq xəstəxana ilin sonuna qədər hazır olacaq. Şuşada bütün işlər Baş plan əsasında aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!