"Yeni messilər Messiyə yox, Ronalduya oxşayacaq"

11 Fevral 2020 23:40 İspaniya 855
"Yeni messilər Messiyə yox, Ronalduya oxşayacaq"

Argentina millisi və "Real"ın sabiq futbolçusu Xorxe Valdona dünya futbolunun iki əsas ulduzu - Lionel Messi və Kriştianu Ronaldu haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, həmyerlisinin dahi oyunçu olduğunu bildirən veteran hücumçu onun küçə futbolunda üzə çıxdığını, akademiyada inkişaf etdiyini söyləyib.

Valdano Messini tərifləsə də, yeni futbol ulduzlarının Ronalduya bənzəyəcəyini vurğulayıb: "Messi bütün streotipləri alt-üst etdi.

Dahiləşib, hər şeyi dəyişdirə bilir. Hansısa qəhrəmanın, superulduzun gücünə sahibdir. Təcrübəsi artdıqca gücünün fərqinə vardı. Hazırda bir Messi var. Ondan sonra kimin gələcəyini təxmin etmək çətindir.

Hər 15-20 ildən bir ulduz futbolçu üzə çıxdığını düşünsək, yeni dahinin futbol akademiyasında yetişəcəyini proqnozlaşdırmaq olar. Akademiyaların sayının artması ilə küçədə kəşf olunan ulduzlar tarixdə qalacaq.

Ona görə də gələcəyin dahi futbolçuları, yeni messilər Messiyə deyil, Ronalduya oxşayacaq. Fiziki baxımdan güclü olacaq, daha çox mübarizə aparacaq".

Digər Xəbərlər
Xəbər Lenti