Erməni işğalından azad edilən məşhur məkandan VİDEOREPORTAJ

4 Noyabr 2023 12:30 Gündəm 814
Erməni işğalından azad edilən məşhur məkandan VİDEOREPORTAJ

Xocalının Əsgəran qəsəbəsində yerləşən Əsgəran qalası uzun illər işğal altında olduğundan digər tarixi memarlıq abidələrimiz kimi erməni vandalizminə məruz qalıb. Adı və üslubu dəyişdirilən qalada bir neçə il əvvəl qanunsuz “bərpa-tikinti” işləri görülüb, qala divarları dağıntılarla üzləşib.

Qarqar çayının sahilində ucaldılan kompleks XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunub.

Şuşadan 24, Xocalıdan 5, Ağdamdan 12 km məsafədə yerləşir. Qala vaxtilə Şuşanı düşmənin mümkün hücumlarından qorumaq üçün tikilmiş istehkamdır.

İctimai TV-nin qala ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda