“Xırdalan”lını şad edən

21 Yanvar 09:50 Basketbol 10 675
“Xırdalan”lını şad edən

“Göstərdiyimiz oyun və qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”.

Sportinfo.az xəbər verir ki, bunu “Xırdalan”ın oyunçusu Nəcəf Babayev “Sumqayıt”a 100:90 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XI turunun oyunu ilə bağlı deyib.

Topladığı 21 xalla görüşün qəhrəmanlarından olan N.Babayev bu performansına görə sevindiyini söyləyib:

“Oyun çox gərgin və yüksək tempdə keçdi. Rəqib yaxşı çıxış etdi.

Biz də komanda oyunu nümayiş etdirdik. Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam”.

Hazırda “Xırdalan” 17 xalla beşinci, “Sumqayıt” isə 14 xalla səkkizinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı