"Beşiktaş"ın müdafiəçisi "Neftçi"dən söz açdı: "Hazırıq, intizamlı olacağıq"

17 Avqust 2023 00:30 Neftçi 792
"Beşiktaş"ın müdafiəçisi "Neftçi"dən söz açdı: "Hazırıq, intizamlı olacağıq"

"Beşiktaş"nin futbolçusu Daniel Amartey Konfrans Liqası III təsnifat mərhələsinin "Neftçi" ilə cavab matçından öncə mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, qanalı müdafiəçi yaxşı rəqibə qarşı oynayacaqlarını bildirib:

"Beşiktaş"da olduğum üçün xoşbəxtəm. Böyük bir klubdayam. Yaxşı rəqibə qarşı oynayacağıq.

Çətin matç olacaq, biz hazırıq. İntizamlı olacağıq. Qələbə qazanmağa çalışacağıq.

Müdafiənin mərkəzində və ya cinahda oynamağın mənim üçün fərqi yoxdur. Hər mövqedə oynaya bilirəm".

"Beşiktaş" - "Neftçi" qarşılaşması bu gün Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti