Böyükhesablı qələbə qazandı - Premyer Liqadan VİDEO

23 Oktyabr 2023 00:20 İngiltərə 896
Böyükhesablı qələbə qazandı - Premyer Liqadan VİDEO

İngiltərə çempionatının 9-cu turunun matçında “Aston Villa” “Vest Hem”i böyük hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, Birmingem komandası evdə londonluları 4:1 hesabı ilə məğlub edib.

“Aston Villa”nın heyətində Lui Duqlas dubl (30-cu və 52-ci dəqiqə), Olli Uotkins (74) və Leon Beyli (89) hərəyə bir qol vurub. “Vest Hem”in heyətində Jarrod Bouen fərqlənib (56).

Beləliklə də, “Aston Villa” 19 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 5-ci pilləyə yüksəlib, “Vest Hem” isə 9-cu yerdə qərar tutub (14 xal).

Digər Xəbərlər
Xəbər Lenti