“Barselona”nın superkubok üçün heyətində 3 itki var

8 Yanvar 2020 17:30 İspaniya 622
“Barselona”nın superkubok üçün heyətində 3 itki var

Yeni formatda keçiriləcək İspaniya superkubokuna bu axşam start veriləcək. Səudiyyə Ərəbistanında təşkil edilən yarışda 4 komanda - "Real", "Barselona", "Atletiko" və "Valensiya" "uduzan çıxır" sistemi üzrə mübarizə aparacaq.

İlk oyun bu axşam saat 23:00-da Ciddə şəhərində "Real"la "Valensiya" arasında başlayacaq. "Barselona"-"Atletiko" qarşılaşması isə sabah keçiriləcək. "Barsa"nın bu matç üçün iştirak ərizəsi artıq məlumdur.

Sportinfo.az xəbər veirir ki, heyətdə zədəli futbolçular – Mark-Andre ter Ştegen, Artur və Osman Dembele yer almayıb.

Superkubok oyunlarında baş məşqçi Ernesto Valverdenin ixtiyarında 24 futbolçu olacaq. Katalonlar yarımfinalda “Atletiko” ilə qarşılaşacaq.

Qapıçılar: Neto, İnyaki Penya, Arnau Tenas;

Müdafiəçilər: Nelson Semedo, Xerard Pike, Jan-Kleyr Todibo, Klemen Lanqle, Jordi Alba, Samuel Umtiti, Junior Firpo, Mussa Vaqe, Ronald Arauxo;

Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Serxi Roberto, Frenki de Yonq, Arturo Vidal, Riki Puiq, Aleks Kolyado;

Hücumçular: Karles Peres, Ansu Fati, Luis Suares, Lionel Messi, Antuan Qrizmann.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"