Müvəqqəti baş məşqçinin köməkçiləri kim(lər) oldu?

2 Fevral 09:00 Sabah 2 481
Müvəqqəti baş məşqçinin köməkçiləri kim(lər) oldu?

"Sabah"ı Premyer Liqada növbəti oyuna kimin çıxaracağı dəqiqləşib.

Sabah 21-ci tur çərçivəsində "Turan Tovuz"la keçiriləcək matçda (saat 17:30) "bayquşlar"ın texniki zonasında İqor Ponomaryov əyləşəcək.

Murad Musayev və köməkçilərinin istefasından sonra bu post klubun Müşahidə Şurasının üzvü və idman direktoruna tapşırılıb.

O, dünən komandanı ilk məşqə çıxarıb. Ponomaryov hazırlıq prosesini tək keçməyib.

Onunla yanaşı, Ruslan Qafitullin, Vitali Kovalyov və Rəşad Eyyubov da meydana ayaq basıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti