20 ildə ilk: "Barselona" hələ belə uduzmamışdı

3 Noyabr 2019 16:50 İspaniya 770
20 ildə ilk: "Barselona" hələ belə uduzmamışdı

"Barselona" İspaniya Primerosunun 10-cu turunda anti-rekordla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, Ernesto Valverdenin komandası son 7 dəqiqəyə 3 qol buraxıb.

"Levante" ilə səfər oyununun 61, 63 və 68-ci dəqiqələrində 3 dəfə mərkəzə dəvət olunan Kataloniya klubunda bu, son 20 ildə qeydə alınan ilk uğursuz statistika olub.

"Barselona" ilk hissəni qalib başa vursa da, fasilədən sonra 3 qol buraxaraq meydanı xalsız tərk edib. Katalonlar turu qələbəsiz başa vuran əzəli rəqibi "Real"lla turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər - 22 xal.

Digər Xəbərlər
Xəbər Lenti