"Barsa" Valverdeni yola salır, əfsanəvi niderlandlı gəlir

27 Oktyabr 2019 14:03 İspaniya 698
"Barsa" Valverdeni yola salır, əfsanəvi niderlandlı gəlir

İspaniya mətbuatı, xüsusən məşhur AS nəşri əminliklə Ernesto Valverdenin yayda "Barselona"dan ayrılacağını iddia edir.

Sportinfo.az xəbər verir ki, pireneyli həmkarlarımız hətta Kataloniya klubunun artıq iki məşqçi ilə danışıqlar apardığını da yazıb.

Ən real namizəd kimi iki niderlandlı məşhur - Ronald Kuman və Mark van Bommel göstərilir. Valverdenin "Barsa" ilə müqaviləsində rəhbərliyin istəyindən asılı olaraq anlaşmanın müddətini artırmaq bəndi olsa da, Kataloniya klubunun 99 faiz Ernesto ilə iş birliyini dayandıracağı gözlənilir.

"Barselona"nın formasını geyinmiş hər iki namizədə gəlincə, 1989/1995-ci illərdə (192 oyun, 67 qol) klubun uğurları üçün çalışmış Kuman hazırda Niderland yığmasının baş məşqçisidir və anlaşma olarsa, o, İspaniyaya yalnız yayda keçiriləcək AÇ-2020-dən sonra yollana bilər.

"Barsa"da yalnız bir mövsüm keçirmiş (2005/2006, 24 oyun, 2 qol) Bommel isə 2018-ci ildən vətənində PSV-nin baş məşqçisidir. Eyndhoven klubu onun rəhbərliyi altında cari mövsümdə keçirdiyi 10 oyunda topladığı 23 xalla lider "Ayaks"dan 3 xal geri qalır. Eyni zamanda Avroliqanın da qrup mərhələsində mübarizə aparan PSV "Sportinq", "Rusenborq" və LASK-la mübarizədə 3 turdan sonra 7 xalla qrup lideridir.

Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"