Azərbaycan klubuna keçən estoniyalı hücumçu məsləhəti kimdən alıb?

20 İyul 2023 02:50 Sumqayıt 796
Azərbaycan klubuna keçən estoniyalı hücumçu məsləhəti kimdən alıb?

"Sumqayıt"ın yeni transferi Erik Sorqa klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, estoniyalı forvard Azərbaycandakı məqsədlərindən söz açıb:

"Komandaya qoşulduqdan sonra fiziki məşqçi ilə iki gün fərdi, daha sonra isə komanda ilə birlikdə məşqə çıxdım və tədricən isti havaya alışdım.

İndi isə Türkiyədəyik, burda hər şey qaydasındadır. Komanda ilə birlikdə məşqə çıxıram və özümü əla hiss edirəm.

Kollektivdə əla atmosfer var. Maraqlı və intensiv məşqlər keçirik.

Yoldaşlarım da məni yaxşı qəbul etdilər. Həm rus, həm də ingiliscə danışdığım üçün heç kimlə ünsiyyət problemim yoxdur.

Bütün məsələlərdə bir-birimizə kömək edirik. Deyə bilərəm ki, adaptasiya problemim yoxdur.

Bura gəlməmişdən öncə daha əvvəl Azərbaycanda oynamış dostum Sergey Zenyovla danışdım, mənə ölkəniz və çempionat haqqında məlumat verdi.

Estoniyadakı kimi burda da 10 komandanın yarışdığını və liqanın 4 dövrədən ibarət olduğunu bilirdim. Hardasa çempionatlarımız arasında oxşarlıqlar var".

Sorqa "Sumqayıt" azarkeşlərinə də mesaj göndərib:

"Azarkeşlərimizə demək istəyirəm ki, komanda olaraq hədəfimiz avrokuboklar uğrunda mübarizə aparmaqdır. Baş məşqçimizlə bu barədə tez-tez danışırıq.

Məqsədimizə çatmaq üçün mən də əlimdən gələn hər şeyi edəcəm. Həm vurduğum qollar, həm də komanda yoldaşlarıma edəcəyim qol ötürmələri ilə çalışacam ki, fanatlarımızı sevindirim".

Digər Xəbərlər
Xəbər Lenti