"Buradan ayrıldıqdan sonra karyeramı başa vuracam"

14 Avqust 2022 10:20 İspaniya 400
"Buradan ayrıldıqdan sonra karyeramı başa vuracam"

"Real"ın baş məşqçisi Karlo Ançelotti məşqçilik karyerasını başa vuracağı tarixi açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 63 yaşlı italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

O, "Real"la müqaviləsi bitdikdən sonra məşqçilik karyerasını bitirəcəyini deyib:

"Dünyanın ən yaxşı klubundayam. Bu, məni hər gün motivasiya edir. Burada olduğuma görə çox xoşbəxtəm. "Real"dan ayrıldıqdan sonra karyeramı başa vuracam".

Karlo Ançelottinin "Real"la müqaviləsi 2024-cü ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı