"Vidalaşmaq istəyirdi, lakin özünü yaxşı hiss etmədi"

22 May 2022 21:40 İspaniya 538
"Vidalaşmaq istəyirdi, lakin özünü yaxşı hiss etmədi"

“Real”ın baş məşqçisi Karlo Ançelotti uelsli hücumçu Qaret Beylin La Liqanın 38-ci turunda “Betis”lə matçı (0:0) buraxmasının səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, Beylin özünü yaxşı hiss etmədiyini deyib:

“Beyl “Betis”lə oynamaq və azarkeşlərlə vidalaşmaq istəyirdi, lakin özünü yaxşı hiss etmədi. Onun son şansı var. Çempionlar Liqasının finalına qədər geri dönəcək”.

32 yaşlı uelsli bu mövsüm “Real”ın heyətində 7 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi