“Barselona” 2 illik müqavilə təklif edir – Məvacibi də azaldılır

7 Yanvar 2022 21:40 İspaniya 574
“Barselona” 2 illik müqavilə təklif edir – Məvacibi də azaldılır

“Barselona” rəhbərliyi Serxio Robertoya yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi artıq futbolçunun agenti ilə görüşüb.

“Barsa”nın baş məşqçisi Xavi şəxsən ispan müdafiəçi ilə müqavilənin uzadılmasında maraqlıdır.

Kataloniyalılar futbolçuya iki illik müqavilə təklif edəcəklər. Amma Roberto bu təklifi qəbul etsə, məvacibinin əhəmiyyətli dərəcədə azaldılmasına da razılıq verməli olacaq.

Roberto cari mövsümdə bütün turnirlərdə 12 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti