Paytaxt klubu argentinalı hücumçu ilə müqavilə bağladı

5 Yanvar 2022 00:20 İspaniya 768
Paytaxt klubu argentinalı hücumçu ilə müqavilə bağladı

"Atletiko" Anxel Korrea ilə yeni müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu 30 iyun 2026-cı ilədək olan sözləşməyə imza atıb.

O, "matrasçılar"a 2014-cü ilin dekabrında qoşulub. Həmin vaxtdan Korrea "Atletiko"da 305 oyuna 53 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Bu mövsüm isə 27 yaşlı forvard bütün turnirlərdə 25 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermartk internet portalı Korreaya 40 milyon avro qiymət qoyub.

Digər Xəbərlər
Xəbər Lenti