"Hazırkı durumumuz çox şişirdilir, inanılmaz bir təzyiq var"

10 Oktyabr 2021 12:20 İspaniya 512
"Hazırkı durumumuz çox şişirdilir, inanılmaz bir təzyiq var"

“Barselona”nın futbolçusu Frenki de Yonq açıqlama verib.

Sportinfo.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi komandanın hazırkı vəziyyətinin çox şişirdildiyini deyib:

“Yaxşı heyətimiz var. Hazırkı durumumuz çox şişirdilir. İnanılmaz bir təzyiq var. Çempionlar Liqasında mübarizəmizi davam etdiririk, hələ heç nə itirməmişik.

Kiyev “Dinamo”sunu məğlub etmək məcburiyyətindəyik. Qələbədən sonra özümüzə inamımız artacaq”.

“Barselona” La Liqada 9-cu sıradadır. Kataloniya təmsilçisi Çempionlar Liqasında E qrupunda 0 xalla sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti