La Liqada növbəti istefa

4 Oktyabr 2021 15:20 İspaniya 547
La Liqada növbəti istefa

"Levante" baş məşqçisi Pako Lopesi istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

La Liqa təmsilçisinin rəhbərliyi komandanın uğursuz nəticələrinə görə mütəxəssislə yolları ayırıb.

"Levante" onun baş məşqçiliyi altında yeni mövsümdə 8 matçdan 4-də uduzub, 4-də isə heç-heçə edib.

Qeyd edək ki, Lopez 2018-ci ildən "Levante"ni çalışdırırdı. O, klub tarixində komandaya ən uzun müddətli baş məşqçilik edən mütəxəssisdir.

Digər Xəbərlər
Xəbər Lenti