"Klub prezidentində telefon nömrəmin olduğunu düşünmürəm"

2 Oktyabr 2021 01:38 İspaniya 498
"Klub prezidentində telefon nömrəmin olduğunu düşünmürəm"

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike “Barselona”nın baş məşqçi postuna keçmək haqda düşünmədiyini deyib.

Sportinfo.az xəbər verir ki, Enrike Kataloniya klubunun yenidən baş məşqçi işləmək ehtimalını bu cür dəyərləndirib:

​“Joan Laportada telefon nömrəmin olduğunu düşünmürəm. Milli komandadan ayrılmaq haqda fikirləşmirəm.

Federasiya ilə müqaviləm var. Məni milli komandanın baş məşqçisi kimi görmək istədilər, mən də verilən qiymətə hörmətlə yanaşıram”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!