“O, “Barselona”nın səviyyəsini daha da artırıb”

2 Avqust 2021 18:20 İspaniya 1 174
“O, “Barselona”nın səviyyəsini daha da artırıb”

“Barselona”nın baş məşqçisi Ronald Kuman yeni transferləri Memfis Depayın yoxlama oyunlarında sərgilədiyi performansla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan niderlandlı mütəxəssis, Depayın “Barselona”nı daha yaxşı səviyyəyə gətirdiyini deyib:

“İnsanlar Memfisi yaxşı tanıyır. O, daha əvvəl “Mançester Yunayted” və “Lion”da özünü yaxşı tərəfdən göstərə bilib.

O, komandamızın səviyyəsini daha da artırıb. “Ştutqart”la matçda Antuan Qrizmannla birlikdə yaxşı çıxış etdi. Komandamın həmin oyunda sərgilədiyi performansdan razı qaldım”.

Depay ötən ay “Barselona” ilə 2 illik müqavilə imzalayıb. Niderlandlı hücumçu yeni komandası ilə 2 yoxlama matçında 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti