"Fənərbağça"nı sevindirib - Bu adam millimizə görə Bakıya gəlir

7 Sentyabr 2023 09:20 Araşdırma 718
"Fənərbağça"nı sevindirib -  Bu adam millimizə görə Bakıya gəlir

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin Belçika ilə oyununu idarə edəcək Nenad Minakoviç 2021-ci ildən beynəlxalq görüşlərə təyinat alır.

Sportinfo.sx xəbər verir ki, 34 yaşlı ədalət təmsilçisi ilk dəfə bir Azərbaycan komandasının matçında iş başında olacaq.

Serbiyalı referi 2021-ci ildə 21 yaşadək futbolçular arasında Litva və Şimali İrlandiya komandaları (1:1) arasında keçirilmiş Avropa çempionatının seçmə mərhələsinin matçında beynəlxalq dərəcəli hakim kimi debütünü rəsmiləşdirib.

Minakoviç 2022/2023 mövsümündə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Poqon" (Polşa) və "Bröndbu" (Danimarka) komandaları arasında baş tutan ilk görüşü (1:1) idarə edib.

O, cari mövsümdə "Neman" (Belarus) və "Vaduts" (Lixtenşteyn) arasında gerçəkləşən Konfrans Liqasının I təsnifat mərhələsinin cavab matçında (1:1) iş başında olub.

Serbiyalı hakim həmçinin bu il "Fənərbağça"nın Konfrans Liqasında qələbə qazandığı qarşılaşmalardan birinə təyinat almışdı.

Minakoviç İstanbul təmsilçisinin evdə Moldova "Zimbru"sunu 5 cavabsız qolla üstələdiyi oyunda ədaləti qoruyub.

Sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq. Minakoviçə Slobodan Pavloviç və Nikola Boroviç laynsmanlar qismində kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək. VAR hakimi Nokav Simoviçə isə Momcilo Markoviç yardımçı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti