"Real" Ramosun forma nömrəsini yeni transferə verdi

22 İyul 2021 10:00 İspaniya 677
"Real" Ramosun forma nömrəsini yeni transferə verdi

"Real" yeni transferi David Alabanı təqdim edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi tibbi müayinədən uğurla keçib.

Avstriya millisinin üzvü yeni komandasında 4 nömrəli formanı geyinəcək. "Kral klubu"nda daha əvvəl Fransa PSJ-sinə keçən Serxio Ramos eyni nömrəli formada çıxış edib.

David Alaba "Real Madrid"lə 5 illik müqavilə imzalayıb. O, ötən mövsüm Almaniya "Bavariya"sının heyətində 32 oyunda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti